Marshal Adaları gəmisi Oman dənizində saxlandı

Ötən gün Fars Körfəzində İranın bir gəmisinin qəzasından sonra bir neçə ekipajın itkin düşüb bir neçəsinin yaralanması ilə nəticələnən naməlum gəmi Oman dənizində saxlanılaraq hadisənin detalları aydınlaşıb.

Əl Aləm telekanalının məlumatına əsasən, beynəlxalq qanunların ziddinə olaraq Amerika Birləşmiş Ştatlarına aid Marshal Adaları bayrağı altına Fars Körfəzi sahillərinə doğru hərəkət edən gəmi neft gəmisi olub və şübhəli surətdə İran gəmisi ilə toqquşaraq gəmiyə zərər verib. Nəticədə 2 ekipaj üzvü itkin düşüb və bir neçə nəfər yaralanaraq mərkəzi radara xəbərdarlıq edib.

Məlumatda həmçinin İran hərbi dəniz qüvvələrinin dərhal naməlum gəminin tanınması, müqabilə və həmçinin onun Oman dənizi istiqamətinə yönləndirildiyi də elan olunduqdan sonra bu gəmi istiqamət aldığı sularda Oman dəniz qüvvələri tərəfindən saxlanılaraq haqqına araşdırma işlərinə başlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Amerikanın Florida adlı bir sualtı nüvə gəmisi tam sakitliklə Hormoz boğazı sularına yaxınlaşmaqda ikən yerli “Fateh” müdafiə sisteminin radarına düşmüş, “Fateh”in xəbərdarlığı və qovucu manevrləri ilə su üzərinə çıxaraq yonunu dəyişdirməsi ilə boğazdan ötüb keçməsinə məcbur edilmişdi.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır