Makron Qazaxıstana uran üçün gedib

Fransa prezidenti Nigerdə fiyaskoya uğradıqdan sonra öz uran ehtiyacını təmin etmək üçün Qazaxıstana gedib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, fransız mediaları Emmanuuel Makronun Qazaxıstana səfərinin səbəbini uran ehtiyacının təmini kimi dəyərləndiriblər.

Məlumata görə dünən (1 noyabr) Makronun Orta Asiyaya səfərində əsas məqsədi uran olub. Amma Qazaxıstan bu məsələ ilə bir o qədər də razı görünmür.

Fransa prezidenti qazaxıstanlı həmkarı Qasim Comart Tokayevlə görüşdə ölkəsinin ikitərəfli ticarət müqavilələrinin imzalanacağını desə də ekspertlərin fikrincə onun yeganə məqsədinin dünya miqyasında ən zəngin uran yataqları olan Qazaxıstanın təbii sərvətini almaq olub. Çünki  bu ölkə sadəcə 2021-ci ildə 21 min 800 ton 12%-lik uran istehsal edib.

Qeyd edək ki, bu ilin iyununda məlum hadisələrdən sonra Fransanın əksəriyyət uran təminatçısı Nigerlə əlaqəsi kəsildiyi üçün 18 AES-i olan bu ölkənin fəaliyyətinə zərbələr dəyib.

Rusiya XİN başçısı Sergey Lavrov da dünən (1 okyabr) Qərbin Orta Asiya ölkələrində diplomatik əlaqələrinin artmasından nigaran olduğunu, qonşu və müttəfiq ölkələrdə fəaliyyətlərinin heç də ürəkaçan olmadığını demişdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir