Mahmud Abbas Trampın vədlərinə inanır

Mahmud Abbas Trampın vədlərinə inanır

Sionist mediaların İordan çayı qərb sahilindəki müharibənin sionist rejim xeyrinə bitəcəyi barədə verdiyi məlumatlara rəğmən, Fələstin Özünüidarə Təşkilatı sədrinin Trampın verdiyi vədlərə inanması barədə söz-söhbətlərin də ardı-arası kəsilmir.

Əl Aləm telekanalının məlumatına əsasən, Mahmud Abbasa yaxın qaynaqlar onun ABŞ prezidentinin şəxsən verdiyi vədlərə arxalandığını deyirlər. Amma sionist medialar ABŞ rəsmisinin Qərb sahilindəki müharibənin İsrailin xeyrinə bitəcəyi barədə verdiyi sözün etibarlı olduğunu yazırlar.

Məlumata görə, Tramp İsrailə söz verib ki, rəsmi surətdə hakimiyyətə gəldiyi an Qərb sahilinin adını Yəhuda və Samira adı ilə dəyişəcək və “işğal olunmuş” torpaq məfhumu qalmayacaq. Bununla da radikal yəhudilərin arzusunu çin çıxaracaq.

Mahmud Abbasa yaxın qaynaqlar isə onun Trampla 18 dəqiqəlik telefon söhbətində FÖT sədrinə söz verib ki, hakimiyyətə gəldiyi an işğal olunmuş Fələstin xalqının məişətinin yüksək səviyyəli rifahla təmin edəcək.

Ekspertlərin fikrincə Trampın Tel Əviv və Mahmud Abbasa verdiyi söz arasında heç bir paradoks yoxdur. Çünki Qərb sahilinin İsrailə verilməsi fələstinlilərin rifahı qarşılığında heçdir. Amma fələstinlilər öz rifahlarını öz ölkələrinin azadlığı, işğalçılığa boyun əyməməsində görürlər. Onların öz ölkəsi işğaldan azad olarsa, təbii ki, yüksək rifah və yaxşı məişət də təmin olunacaq.

Related posts

Şəhid Sinvarın qatili ölüm təhdidi ilə yaşayır

Haarets: Netanyahu İsrailin bütün təhlükəsizlik və hərbi rəsmilərini ələ salır

Smotriç: Girov cənazələri üçün təzminat verilməyəcək