Mahmud Abbas rəsmi olaraq Fələstin seçkilərinin təxirə salındığını elan etdi

Qafqaztimes xəbər verir ki, Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas, Fələstin ərazilərində seçkilərin təxirə salındığını elan edərək, seçkilərin keçirilməsinin şərtinin işğal altındakı Qüdsün bu seçkilərdə iştirakı olduğunu söyləyib.

Fələstin Muxtariyyətinin başçısı Qüdsdəki vəziyyət barədə qərar qəbul etmək üçün HƏMAS da daxil olmaqla bütün Fələstin qrupları ilə əlaqə qurmağa davam edəcəyini söyləyib.

Öncədən bəzi KİV- i Təl-Əvivin işğal altındakı Qüdsdə seçki keçirməyə qoyduğu qadağalar səbəbiylə Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın seçkiləri təxirə salacağı ehtimal olunduğunu bildirmişlər.

Bundan əvvəl Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Qüdsdəki seçkiləri qırmızı xətt adlandırmış və fələstinli qrupları, Fələstin xalqının Qüdsdəki seçki ilə bağlı əzm və iradəsini həyata keçirmək üçün mexanizmlər hazırlamağa çağırmışdı.

Qeyd edək ki, Fələstin parlament seçkiləri 15 illik fasilədən sonra 22 May 2021-ci ildə, prezident seçkiləri 31 iyulda və Fələstin Milli Şurasının seçkiləri isə 31 avqustda keçirilməli idi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya