Mahmud Abbas: İsraillə bütün münasibətlərimizi yenidən nəzərdən keçirəcəyik

QafqazTimes xəbər verir ki, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas cümə axşamı Qazaxıstanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) üzv ölkələrin sammitində çıxış edib.

Anadolu xəbər agentliyinin məlumatına görə, Abbas deyib: “Biz status-kvonun davamını qəbul etməyəcəyik və bundan sonra İsraillə imzalanmış müqavilələrə birtərəfli (qarşı tərəfin əməl etməməsinə qarşı) sadiq qalmayacağıq. Biz İsraillə bütün münasibətlərimizi yenidən nəzərdən keçirəcəyik və Fələstin xalqını qətlə yetirdiyinə görə İsraildən təzminat və üzr istəməsini tələb edəcəyik.”

O, çıxışının davamında qeyd edib ki, biz paytaxtı Şərqi Qüds və 1967-ci il sərhədlərində yerləşən “Fələstin Dövləti” torpağında İsrailin işğalından xilas olmağa çalışır və buna siyasi və diplomatik yollarla, beynəlxalq hüquqa hörmətlə, başda Ərəb Sülh Planı olmaqla imzalanmış müqavilələr və təsdiq edilmiş razılaşmalarla nail olmağa inanırıq.

Abbas daha sonra ərəb sülh planının həyata keçirilməsi üçün beynəlxalq dəstəyi, həmçinin Fələstin dövlətini tanımaq səylərini dəstəkləməyə çağırıb.

Fələstin Muxtariyyətinin rəhbəri həmçinin İngiltərə və ABŞ-dan üzr istəməsini, həmçinin “Balfour” adlanan müqaviləyə görə hər iki ölkədən təzminat ödəməsini tələb edib.

Qeyd edək ki, Balfour Bəyannaməsi 2 noyabr 1917-ci ildə İngiltərənin o vaxtkı xarici işlər naziri Artur Ceyms Balfour tərəfindən yəhudi siyasətçi və Britaniya İcmalar Palatasının üzvü Valter Rotşildə yazdığı bir məktub idi. Bu məktubda o, Britaniya hökumətinin “Fələstin torpağında yəhudilər üçün milli yurd yaratmaq” mövzusunda müsbət mövqeyini vurğulamışdı. Bu məktub məhz Sionist rejimin qurulması üçün atılan ilk addım oldu.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))