Fələstin Özünüidarə Təşkilatının sədri İsrail və Amerikanın işğalçı olduğunu elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Mahmud Abbas dünən (3 oktyabr) axşam etdiyi çıxışında deyib: İsrailin müstəqillik gününü bayram etməsi gülünc bir cümlədir. Çünki hansı ölkə onu işğal edib ki, o ölkədən də müstəqillik əldə etmiş olsun.
Sionist rejimin müstəqilləşməsinin böyük bir yalan olduğunu ifadə edən Mahmud Abbas vurğulayıb: Fələstini işğal edən Amerikadır.
M.Abbas həmçinin deyib: Qonşunuz sionistlərin qadın əleyhinə qiyamət qopardıqlarının şahidi oldunuz. Çünki onlar qadının nəcis olduğunu hesab edir və aksiyalarda kişilərlə birlikdə etiraz etmələrinə belə icazə vermirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl Tel Əvivdə “bağışlanma günü” aksiyalarında qarşıdurma yaşanmışdı. Bu aksiyalarda radikal dindarlar qadınların kişilərlə birlikdə olmasına etiraz edərək, onları ayırmağa çalışmışdı.
Mahmud Abbas çıxışının sonunda sionistlərə kinayə ilə müraciət edərək deyib: Fələstin qadınları elmi cəhətdən çox nailiyyətlər qazanır. Bizim qadınlarımız sionistlərin qadınları ilə müqayisə olunmaz dərəcədə üstündürlər.