Mahir Həmud: Şəhid Süleymani həyatını sionist-Amerika müstəmləkəçiliyinə qarşı mübarizədə keçirdi

Qafqaztimes xəbər verir ki, Müqavimət Alimləri Birliyinin rəhbəri Mahir Həmud İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı general Qasim Süleymaninin İslam dünyasındakı mühüm rolunu vurğulayaraq deyib: “Hacı Qasim Süleymani İslam birliyi ideyasını bir neçə aspektdə həyata keçirdi.”

Həmud Fars Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: “Birinci və əsas aspekt Fələstin və Qüds məsələsini özünün prioriteti hesab etməsi idi. O, əslində Qüds Qüvvələrinin komandanı idi; Yəni Qüds məsələsinin həllində cavabdeh olan tərəf. Qüds eyni zamanda İran üçün bütün digər məsələlərdən üstün olan bir məsələdir.”

O, həmçinin qeyd edib: “İran liderlərinin Fələstin məsələsini dəstəkləməkdə səmimiyyəti ilə bağlı bunu demək kifayətdir ki, Tehran Qüds Qüvvələrinə ən böyük büdcəni ayırıb və ən mühüm güclərini və döyüş qüvvələrini bura sərf edib.”

Müqavimət Alimləri Birliyinin rəhbəri sözünü davam etdirərək deyib: “Şəhid Süleymani həyatını sionist-Amerika müstəmləkəçiliyinə qarşı mübarizədə keçirdi. Qasim Süleymani bilirdi ki, o, daxili və xarici muzdlular və texnologiyanın inkişafı vasitəsilə İslam və Ərəb dünyasına nüfuz edə biləcək güclü bir düşmənlə üz-üzədir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri