Mahir Əl Əxrəsin məhkəməsi təxirə salındı

Sionist rejim məhkəməsi dünən (24 avqust) Fələstin İslami Cihad Hərəkatı rəhbərlərindən olan Mahir Əl Əxrəsin məhkəməsinin təxirə salındığını elan edib.

Əl aləmm telekanalının məlumatına əsasən, avqustun 22-də Ceninin cənubunda yerləşən Seylətiz Zohr kəndində mənzilinə basqın edərək həbs edilən Mahir Əl Əxrəsin həbs müddəti uzadılıb.

İşğalçı rejim məhkəməsi yetərli araşdırmanın olmadığını, cinayət üçün hələ istintaq getdiyini bəhanə gətirərək zaman qazanmağa çalışır.

Əl Cəmlə müvəqqəti saxlama kamerasında olan Əl Əxrəs elə tutulduğu andan aclıq aksiyasına başlayıb.

Xatırladaq ki, Mahir Əl Əxrəs Qərb sahilinin şimalı, Ceninin cənubunda yerləşən Səylətiz Zohr kəndində yaşayır . Əvvəllər də sionist rejim hərbçiləri tərəfindən həbsə məruz qalıb və 103 gün aclıq aksiyası keçirib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur