Magistral yola eniş etmək istəyən təyyarənin qəza anı – VİDEO

ABŞ-ın Florida ştatında biznes təyyarəsinin qəza anının görüntüləri internetdə yayılıb.

Hadisə həmin vaxt yolda hərəkətdə olan avtomobillərdən birinin qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, “Bombardier Challenger 604” özəl təyyarəsi Neapol şəhəri yaxınlığında yerə çırpılıb. Belə ki, uçuş zamanı təyyarənin mühərriyində problemlər yaranıb. Pilot magistral yola enmə barədə qərar alıb, lakin eniş zamanı təyyarə avtomobilə toxunub, bundan sonra təyyarədə idarəetmə itirilib və o yerə çıxrpılıb. Bununla da partlayış baş verib.

Məlumatlara görə, təyyarənin göyərtəsində beş nəfər – iki pilot və üç sərnişin olub.

Hər iki pilot həlak olub, sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi