Mağazaya ölümlə nəticələnən hücumun görüntüləri yayıldı (Video izlə)

Rusiya İstintaq Komitəsi Moskva vilayətində “Pyateroçka” mağazasına kassirin ölümü ilə nəticələnən hücum anını əks etdirən videonu yayımlayıb.

Müşahidə kameralarının görüntülərində cinayətkarların beysbol ağacları ilə mağaza işçilərini döymələri, seyfi açmaları və oradan pul götürdükləri əks olunub.

İstintaqın məlumatına görə, hadisə fevralın 9-na keçən gecə baş verib. Dörd nəfər kişi mağaza müdirini, onun həyat yoldaşını və kassiri döyərək kassadan 96 min rubl (2 168 manat) oğurlayıblar.

51 yaşlı kassir aldığı xəsarətlərdən yerindəcə keçinib, iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Şübhəlilər saxlanılıb. Məlumatda bildirilir ki, onların hamısı Rusiya ilə qonşu olan dövlətlərdən birinin vətəndaşlarıdır.

Related posts

Marsla bağlı maraqlı sirr – Niyə aramsız titrəyir?

İstanbulun mərkəzində bina çökdü – VİDEO

Boliviyada dövlət çevrilişinə cəhd: General saxlanıldı, yaralılar var -VİDEO