Madoro: ABŞ şirkətləri Fələstin soyqırımı üçün milyardlarla dollarlıq silah satıb

Venesuelanın prezidenti İsrailin Qəzzədə törətdiyi cinayətlərin Hitlerin cinayətlərini xatırlatdığını və bu fəlakəti həyata keçirmək üçün ABŞ şirkətlərinin milyardlarla dollarlıq silah satdıqlarını deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nikolas Madoro ABŞ şirkətlərinin Qəzzə müharibəsinin maddi təminatı və fələstinli qadın və uşaqların qanını tökmək üçün 32 milyardlıq silah satdığından xəbər verib.

Məlumata görə televiziyada çıxış edərək deyib: Qəzzə zolağında müharibə ticarət müharibəsidir və tarix belə bir şeytanlıq və qaniçənlik müharibəsi görməyib.

Venesuela prezidenti həmçinin vurğulayıb: İsrailin indiki soyqıım siyasəti Hitlerin cinayətlərini xatırladır. Biz bu cinayətləri deyirik və sükut etməyəcəyik. Biz belə bir cinayətin qarşısında susmamalıyıq.

Madoro həmçinin BMT baş katibi Antonio Quttereşin Qəzzə körpələrinin qətli barədə çıxışını təsdiqləyib və həftəlik çıxışlarında sionist vandallığının holokostdan da irəli getdiyini deyib.

Xatırladaq ki, rəsmi Karakas bundan əvvəl də sionist prezident İshaq Hertzoqun Latın Amerikası ölkələrinin Qəzzə müharibəsinin tənqidinə mənfi reaksiya verməsini də pisləmişdi.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir