Məşhur belçikalı yazıçı Saskia De Koster bir ay müddətinə özünü şüşə otağa qapadıb.
Yazıçı Belçikanın Antverpen şəhərindəki Kral İncəsənət Muzeyində 12 kvadratmetrlik şüşə divarları olan otaqda məskunlaşıb.
De Koster muzeydəki bu şüşə otaqda yeni kitabını yazacaq və bu müddət ərzində özünü ziyarətçilərə nümayiş etdirəcək. Həmçinin də bir ay boyunca otaqdan çıxmayacaq.
O, yeni kitabını tamamlamaq üçün burada bir ay işləyəcək.
Bu addımına “Yazıçı buradadır” adını verən Saskia De Koster yemək və yatmaq kimi gündəlik ehtiyaclarını isə şüşə otağın arxasında yerləşən hissədə qarşılayacaq.
Muzeyə gələn ziyarətçilər kitabını yazdığı zaman müəllifi izləyə biləcəklər. Otaqda yalnız kompüter, stol, stul və müəllifin hər gün özü ilə apardığı 28 kitab olacaq.
De Koster otaqda qaldığı müddətdə telefondan, sosial mediadan istifadə etməyəcək və heç kimlə danışmayacaq.
De Koster Belçika mətbuatına bununla bağlı açıqlama verib.
“Məqsədim bir ayın sonunda tam şəkildə maarifləndirmə və bitmiş bir kitabdır. Ən pis halda təcrübəm zənginləşəcək”, – deyə o qeyd edib.