Məşhur icra başçısı vəzifəsindən UZAQLAŞDIRILDI – FOTO

Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib.

Bu, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlidir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov isə vitse-prezident vəzifəsindən uzaqlaşdırılıb.

Həmçinin əvvəlki rəhbərliyin dövründə vitse-prezident kimi fəaliyyət göstərmiş Məhərrəm Talıbov işinə davam edəcək.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və əvvəl federasiyanın vitse-prezidenti olmuş Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

İdarə Heyətinə üzv seçilən Fuad Hacıyev isə həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentlərindən biridir.

Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasına prezident seçilib

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir