Məşhur futbolçunun villasından bir milyon avro apardılar (Video izlə)

“Milan”ın müdafiəçisi Teo Hernandesin evi qarət edilib. Hadisə futbolçunun Kassano Maqnaqodakı villasında baş verib. Bu zaman Hernandes özü olmasa da, sevgilisi Zoi Kristofoli və cütlüyün altı aylıq oğlu mənzildə olub.

Məlumata görə, qara kombinezonlu dörd silahlı basqınçı qiymətli əşyaları götürüblər.

Dəymiş ziyanın 1 milyon avro təşkil etdiyi bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparır, müşahidə kameralarının qeydlərini öyrənir.

Xatırladaq ki, Teo Hernandes 2019-cu ildən “Milan”da çıxış edir. 25 yaşlı müdafiəçi bu mövsüm “A” Seriyasında doqquz oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi