Məşhur aparıcı Xoşqədəm Baxşəliyeva məkəməyə verildi – FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Onun barəsində Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramov məhkəməyə müraciət edib.

Vəkil Xoşqədəm Hidayətqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə istintaq sirrini yaymaqda ittiham edib.

O iddia edib ki, Xoşqədəm Baxşəliyeva Konstitusiyanın və Cinayət-prosessual qanunvericiliyinin tələblərini pozur.

Bəhruz Bayramov yazıb:

“Xoşqədəm Baxşəliyeva xüsusi ittiham qaydasında məhkəməyə vermişəm. Bu qanunidir, AR CM-nin 147.2-ci maddəsinə görə aparıcı olaraq məsuliyyət daşıyır. İstintaq sirrini yayır, konstitusiya görə şəxsi toxunulmazlıq hüququnu pozur. Kimsə sizə istintaqla bağlı müraciət edirsə, əvvəlcə həmin şəxsi istintaq orqanına yönəldib, ad çəkmədən araşdırma apara bilərsən. AR CM-nin 300-cü maddəsi ilə məsuliyyət daşıyırsan. Siz deyirsiniz ki, məni heç bir şantaj qorxuda bilməz. Bilməlisən ki, AR-ın Konstitusiyasına görə təhlükəsizlik yaşamaq, mülkiyyət, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək hüququ, təhsil hüquq, şərəf və ləyaqətin müdafiəsi hüquqi məhkəməyə müraciət etmək hüququmuz var. Məhkəməyə müraciət hər bir şəxsin hüququdur. Deməyə sözüm yoxdur. AR-nın Konstitusiyası. cinayət – prosessual qanunlvericiliyin tələbləri və Xoşqədəm xanım! Xoşqədəm Baxşəliyeva rəsmi olaraq konstitusiyanı, cinayət-prosessual qanunvericiliyinin tələblərini pozur və məsuliyyətə cəlb edilmir”.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO