Məşhur aparıcı amansızlıqla qətlə yetirildi – FOTO

Moskvada “Russkoye radio Voloqda” radiosunun 34 yaşlı aparıcısı Anna Azovskaya (Sablina) öldürülüb.

Məlumata görə, yaşayış binasında kömək çağırışını eşidən qonşular polisə müraciət ediblər. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək qapını sındırdıqdan sonra ətrafda hər şeyin qan içində olduğunu görüblər.

Qətldə qadının 33 yaşlı sevgilisi, Voloqda vilayətinin Kiçmenqski Qorodok şəhərindən olan iri taxta tədarükçünün oğlu Vladimir Maklakov şübhəli bilinir. O, mübahisə zamanı qadına bıçaqla hücum etdiyini etiraf edib. Mərhumun bədənində 30 bıçaq xəsarəti aşkar edilib.

Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qətl” maddəsi ilə cinayət işi açıblar.

Hazırda təqsirləndirilən şəxslə bağlı zəruri istintaq hərəkətləri aparılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi