Məşhəd və Ciddə şəhərlərində səfirlik açılır

İran İslam Respublikası və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Pekində görüşüb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian başçılıq etdiyi heyətlə bərabər Çinin paytaxtı Pekin şəhərinə Səudiyyə Ərəbistanı əməkdaşı və həmkarları ilə müzakirələr aparıb.

Bu görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, yeni tədbirlərin görülməsi, Məşhəd və Ciddə şəhərlərində iki ölkə səfirlik və konsulluqlarının təyin edilməsi ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, İran İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı bir müddət əvvəl aralarında diplomatik münasibətlərin bərpası ilə bağlı razılığa gəliblər.

Razılaşma Çinin vasitəçiliyi ilə Pekində, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Müsaid bin Məhəmməd Əl-Əyban arasında imzalanıb.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib