Məscidül Əqsada möhtəşəm cümə namazı qılındı

Məscidül Əqsada möhtəşəm cümə namazı qılındı

Qüds Vəqflər İdarəsi sionist rejim ordu qüvvələrinin ciddi təhlükəsizlik tədbirlərinə rəğmən Məscidül Əqsada möhtəşəm cümə namazı qılındığından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Qüds Vəqflər İdarəsi bu gün (6 sentyabr) sionist rejim ordu qüvvələrinin ciddi təhlükəsizlik tədbirlərinə rəğmən Məscidül Əqsada cümə namazına gələnlərinin sayının 50 min nəfər olduğunu elan edib.

Məlumata görə sionist düşmən qüvvələri fələstinlilərin məscidin Babul Əsbat qapısından daxil olmasına icazə verməyib və digər qapılardan ötüb keçən bəzi fələstinliləri həbs edib.

Fələstin hökuməti rəsmiləri də, İsrailin polis və hərbçilərinin, oktyabrın 7-də İsrailin Qəzza zolağına hücumlara başlamasından sonra on minlərlə insanın Əl-Əqsa məscidinə gəlməsinə, namaz qılmasına aylarladır ardıcıl olaraq mane olan ciddi məhdudiyyətlər tətbiq etdiyini təsdiqləyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur