Məscidül-Əqsa xətibi: Qüdsün azad edilməsi qətidir

QafqazTimes xəbər verir ki, Əkrəmə Səbri Əl-Əqsa məscidinin xətibi deyib: “Sionist rejimin Oslo razılaşmasında məqsədi Qüdsü İordan çayının qərb sahili və Qəzzadan ayırmaqdır.”

“Safa” xəbər agentliyinin Səbriyə istinadən verdiyi məlumata görə, razılaşmadan əvvəl Fələstin vətəndaşları İordan çayının qərb sahili və Qəzzadan asanlıqla Məscidül-Əqsaya gələ bilirdilər, lakin razılaşmadan sonra bu şəhər ayrı düşüb.

O, vurğulayıb ki, 1993-cü ildə bu müqavilənin imzalanmasından sonra Qüds şəhəri sionist rejim üçün yağlı bir tikə oldu.

Əl-Əqsa məscidinin xətibi belə qeyd edib: “Qüdsün hədəfə alınması dünya müsəlmanlarının Fələstinlə əlaqəsini kəsmək məqsədi ilə həyata keçirilib. Qüds və Məscidül-Əqsa müsəlmanların Fələstinlə əlaqəsinin əsas faktorudur.”

Səbri belə əlavə edib: “Qüdsün tezliklə azad edilməsindən ümidimizi kəsməməliyik. “Çünki [bu şəhər] keçmişdə olduğu kimi bu gün də eyni vəziyyətlə üz üzədir.”

O, Qüds sakinlərinin həmişə Qüdsü və Məscidül-Əqsanı müdafiə etməyə hazır vəziyyətdə olduqlarını bildirərək, bu müdafiənin onların əqidəsi olduğunu əlavə edib.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))