Məribin azad edilməsi ərəfəsində təcavüzkarlar atəşkəs çağırışı edib

Qafqaztimes xəbər verir ki, Səudiyyə mediası, cümə axşamı günortadan sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Böyük Britaniyanın Yəmənlə bağlı birgə bəyanatlar yaydığını bildirib.

Səudiyyə Ərəbistanının “Okaz” qəzetinin məlumatına görə, Ər-Riyad, Əbu-Dabi, London səfirləri və ABŞ-ın Yəməndəki nümayəndəsi çərşənbə axşamı görüş keçirmişlər. Bu görüşün nəticəsi olaraq bəyanat yayıblar.

Mərib əyalətinin tezliklə tam azad ediləcəyi ilə bağlı mediada yayılan xəbərlərlə eyni vaxtda yayılan bəyanatda dörd ölkənin Yəməndəki ağır humanitar vəziyyətdən narahat olduqları bildirilib.

Bəyanatın yekun hissəsində adıçəkilən ölkələrin səfirləri “Hüsilərin Məribə davamlı hücumlarından dərin narahatlıqlarını ifadə ediblər” və eyni zamanda, “təcili atəşkəsin vacibliyini vurğulayıblar”.

Ər-Riyad, Əbu-Dabi, Vaşinqton və London, xüsusən də münaqişə nəticəsində evlərindən didərgin düşmüş çoxlu sayda yəmənli qaçqınları nəzərə alaraq, dərhal atəşkəsə çağırış etdiklərini iddia ediblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya