Mərakeşlilər İsraillə sazişə etiraz edirlər

QafqazTimes xəbər verir ki, minlərlə mərakeşli insan və ictimai fəal bu ölkənin 30-dan çox şəhərində etiraz aksiyaları keçirərək sionist rejimlə Rabatın normallaşması sazişinin ləğvini tələb ediblər.

Əl-Məyadin xəbər telekanalı bildirib ki, normallaşma razılaşmasının ikinci ildönümü münasibətilə Fələstini dəstəkləmək üçün Mərakeş Cəbhəsi etiraz aksiyaları keçirməyə çağırıb. Bu toplantılar Fələstin Xalqı ilə Milli Həmrəylik Günü ərəfəsində keçirilib.

Mərakeşli etirazçılar normallaşma sazişinin ləğvini tələb edib və onu “nikbin” adlandıraraq, Fələstinə dəstək şüarları səsləndiriblər. Mərakeş vətəndaşları hər cür normallaşmaya qarşı olduqlarını və Fələstin müqavimətini qeyd-şərtsiz dəstəklədiklərini bəyan ediblər.

Bu etirazlar Mərakeş vətəndaşlarının sosial şəbəkələrində də öz əksini tapıb. Belə ki, bu aksiyaların görüntüləri geniş şəkildə dərc olundu.

Mərakeş Cəbhəsi Fələstinə dəstək məqsədilə həmçinin bu ölkənin xalqından sionist rejimilə əlaqələrin normallaşdırılmasını rədd edən etiraz aksiyalarında iştirak etməyə dəvət edib.

Bu cəbhə bəyanat dərc etməklə təkid edib ki, Mərakeşin sionist rejimlə münasibətlərinin normallaşması pislənilir və bu rejimlə bütün sahələrdə rəsmi əməkdaşlığın artması və utancverici tendensiyası narahatlıq doğurur.

Bu açıqlamada həmçinin bildirilir ki, münasibətlərin “İbrahim razılaşmaları” adı altında normallaşması bölgədəki qarşıdurmaların dini müstəvidə olduğunu və təkallahlı dinlərinin razılığa gəlməsini göstərməkdir. Baxmayaraq ki, bu məsələ boş tolerantlıq və birgəyaşayış şüarları altında icra olunan bir plandır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur