Məqsədyönlü terror: ABŞ və sionist rejim müxalifəti aradan götürür

Amerika və işğalçı sionist rejim uydurma “məqsədyönlü qətl” adı altında terror damğası ilə müxaliflərini aradan qaldırmağa çalışır.

Əl Aləm telekanalının məlumatına əsasən, siyasi müxalifətin məqsədyönlü qətli tarix boyu ölkə daxili məsələlərdə hakimiyyətin çıxış yolu kimi istifadə edilib.

İranda çap edilən “Beynəlxalq dünyanın prizmsından məqsədyönlü terror” elmi-tədqiqat kitabında deyilir: Uzun illərdir ki, başda ABŞ və sionist rejim olmaqla Qərb ölkələri terrorizmlə mübarizə bəhanəsi ilə məqsədyönlü terrorizmi qanuniləşdirmək konsepsiyasını həyata keçirməyə çalışırlar. Amma əslində onların əsas məqsədi onlara müxalif qüvvələri məhv etməkdir.

BMT TŞ-də olan imtiyazlarından sui-istifadə edən işğalçı ölkələr öz sərhədlərindən kənarda, 3-cü bir dövlət ərazisində qətllər törədir, məhkəməsiz edamlarla məşğul olur və terrorçu damğası vurduqları insanları ədalətsiz formada aradan götürürlər. Bu isə cinayətin baş verdiyi ölkənin məsuliyyət daşıması, suverenlik və milli hüquqların pozulması ilə nəticələnir.

Dəyərli elmi-analitik kitabda həmçinin deyilir: Beynəlxalq hüququn qüdrətli ölkələrə qarşı elastik, birtərəfli və lobbi siyasəti İran İslam Respublikası kimi bir çox ölkələrin daha da güclü olmaqdan başqa bir çarəsi yoxdur.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir