“Mənsiz Tramp seçkiləri uduzardı, Demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi, Respublikaçılar isə Senatda cəmi 51-49 üstünlük əldə edərdi”, – deyə sahibkar “X” sosial şəbəkəsində yazıb.
“Budur sənə nankorluq”, – o, növbəti paylaşımında əlavə edib.
Bundan əvvəl Tramp bildirmişdi ki, o, Pensilvaniya kimi əsas ştatda İlon Maskın köməyi olmadan da qalib gələrdi.