Məhbuslar həbsxanadan diş fırçasının köməyi ilə qaçdılar (Video izlə)

ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində iki məhbus diş fırçası ilə tunel qazaraq həbsxanadan un məmulatları mağazasına qaçarkən polis əməkdaşları tərəfindən yaxalanıblar.

Məlumata görə, 37 yaşlı Con Qarza və onun kamera yoldaşı, 43 yaşlı Arli Nemo diş fırçası və metal əşyadan hazırlanmış alətlərdən istifadə edərək kameranın divarını oyub və oradakı armaturları çıxarıblar.

Məhbuslar səhər tezdən həmin armaturlarla divarda deşik açaraq kameradan çıxıblar. Qaçaqlar kameradan çıxandan sonra həbsxananın divarına dırmaşaraq gözdən itiblər. Qeyd olunur ki, onlar həbsxanadan 11 kilometr aralıda yerləşən “İHOP pancake” mağazasına çatıblar. Burada iki məhbusu görən şahidlər polisə zəng vurublar.

Yaxalanan məhbusları qaçışa görə əlavə məsuliyyət gözləyir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi