Məhbus öz xahişi ilə öldürüldü (Video izlə)

İspaniya həbsxana rəsmiləri məhbuslardan birinə evtanaziya tətbiq ediblər.

Məhbus ötən il dekabrda dörd nəfəri güllələyərək yaralayıb və polislə atışmada özü də ağır xəsarət alıb.

Keçmiş mühafizəçi olan 46 yaşlı Eugen Sabau Tarraqona şəhərində mühafizə firmasında işləyib. O, bir qadın da daxil olmaqla üç həmkarını güllələyib. Daha sonra qaçarkən bir polis əməkdaşını da yaralayıb.

O, iflic olub və ölümünə icazə verilməsi üçün yalvarıb.

Məhkəmələr onun bu xahişinin yerinə yetirilməsinə icazə verib.

İspaniya bir ildən çoxdur ki, evtanaziyanı qanuniləşdirib. Bundan əvvəl kiməsə bu məsələdə kömək etmək 10 ilə qədər həbslə cəzalandırılırdı.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi