Məhərrəm ayının başlanma tarixi AÇIQLANDI

Bu il üçün Məhərrəm ayının başlanma tarixi açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat verib.

Məlumata görə, Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür.

Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

Məhərrəm ayının 10-u – Aşura günü isə avqustun 8-nə düşür.

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edəcəklər.

Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Muhəmməd peyğəmbərin (s) nəvəsi 3-cü imam Hüseyn ibn Əli (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir