Məhəmməd Əli əl-Hüsi: ABŞ-ın Səudiyyə Ərəbistanına hərbi dəstəyinin dayandırılmasına şübhə edirik

Qafqaztimes xəbər verir ki, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Hüsi, Yəmən müharibəsində ABŞ-ın Səudiyyə koalisiyasına hərbi dəstəyinin dayandırılması iddialarına reaksiya vermiş və bu hərbi dəstəyin dayandırılmasının ciddiliyinə şübhə etdiyini bildirmişdir.

O, tvit yazaraq deyib: “ABŞ-ın silah müqavilələrinin şərtlərindən biri də silahların ABŞ-ın icazəsi olmadan istifadə edilməməsidir. Səudiyyə Ərəbistanının Amerika silahları və döyüş təyyarələri ilə Yəmənə hücumları dayandığı zaman, Vaşinqtonun Səudiyyə koalisiyasına hərbi dəstəyini dayandırması barədə vədlərinin həyata keçməsi hesab etmək olar. Bundan sonra, artıq Yəmən mühasirəsinin sona çatdığını və Yəmənə hücumların tamamilə dayandırıldığını, işğalçıların tamamilə geri çəkildiyini və zərərçəkənlərə təzminat ödənildiyini elan etməyin vaxtı çata bilər.”

Xatırladaq ki, Ağ Ev, Səudiyyə Ərəbistanının Yəmənə hücumlarına hərbi dəstəyinin tamamilə dayandırıldığını elan etsə də, Riyadın rəhbərlik etdiyi koalisiya qüvvələrinə taktiki yardımlarda və hərbi təlimlərdəki rolunu davam etdirəcəyini vurğulayıb.

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı