“Lotu Quli”nin yaxın adamını İstanbulda vəhşicəsinə döydülər – DETALLAR + FOTO

Türkiyənin İstanbul şəhərində Qoqi Piterski ləqəbli qanuni oğru Geeorgi Canalidze vəhşicəsinə döyülüb.

Hadisə “Marin Prinses” otelində baş verib.

Məlumata görə, oteldə onunla birgə Nuqzar Torçinava (Torçik) adlı başqa bir oğru da olub. Qəfil onlara yaxınlaşan və əllərində rezin dəyənəklər olan 6 nəfər Qoqi Piterskini huşunu itirənədək döyüblər. Bu arada onlar Torçikə toxunmayıblar.

Kriminal dairələrdən o da məlum olub ki, Qoqini “Kardava-Mzarelua” qruplaşması sifariş edib.

Xatırladaq ki, Qoqi “Lotu Quli”yə yaxıın adamlardan sayılır. Qulinin təşkil etdiyi əksər məclislərdən çəkilmiş fotolarda onu görmək mümkündür.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi