Lotu Qulinin dostu canlı yayıma çıxdı və təcili Qazaxıstana getdi (Video izlə)

Kriminal dairələrdə Arman Dikiy kimi tanınan qazax avtoritet Arman Cumaqaldıyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
O, bu barədə İnstaqram səhifəsində canlı yayımda bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başındadır.
Arman Dikiy bildirib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb.
“Bu mitinqdir? Bu, xaos, anarxiyadır”, – kriminal avtoritet qeyd edib.
Arman Dikiy Qarabağdakı 44 günlük müharibə zamanı da gündəmə gəlmişdi. O, Ermənistanla müharibədə Azərbaycan ordusuna dəstək vermişdi.
“Allah Dağlıq Qarabağda Azərbaycana zəfər versin”, – Arman Dikiy demişdi. O, bundan sonra üzərində türkdilli dövlətlərinin: Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın bayraqlarının təsvir olunduğu tortu kəsmişdi. Amma buna baxmayaraq onun ən çox zorakılıq etdiyi və öldürdüyü insanların əksəriyyəti elə bu dövlətlərin vətəndaşlarıdır.
Arman Dikiy məhrum azərbaycanlı “qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) dostu idi.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri