Liviyanın şərqində təsirli olan “Daniel” fırtınasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı təkcə Dərnədə 5 min 200-ü keçib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, itkin düşənlərin sayı artıq 10 minə çatıb.
Sahilyanı Suse şəhərində 50 ailənin itdiyi bildirilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
Xatırladaq ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.