Liviya parlamenti: Sionist rejimi dəstəkləyən ölkə səfirləri dərhal ölkəni tərk etsin!

Liviya parlament üzvləri bəyanat imzalayaraq sionist rejimi dəstəkləyən ölkələrin səfirlərinin çıxarılması və bu ölkələrə neft ixracının dayandırılmasını elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ərəb dilli medialar yazır: Dünən (25 oktyabr) Liviya parlament üzvləri sionist rejimin Qəzzə soyqırımını davam etdirdiyi üçün onlara dəstək olan bütün ölkələrin səfirlərinın Liviyadan çıxarılmasını istəyir.

Bəyanatda həmçinin sionist rejimi dəstəkləyən ölkələrə neft ixracının dayandırılması ilə yanaşı bu rejimin Qəzzə cinayətlərinin dərhal dayandırması tələb olunur.

Liviya parlamenti həmçinin Ərəb Liqası ölkələrinin Fələstin böhranının həlli üçün dərhal toplanması da istənilir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir