Livanlı nümayəndə: Taif razılaşması əleyhinə çevriliş sionistlərin maraqlarına xidmət edir

Qafqaztimes xəbər verir ki, Hizbullaha bağlı olan “Müqavimət vəfadarları” fraksiyasının rəhbəri Məhəmməd Rad Taif razılaşmasına qarşı çevriliş barədə xəbərdarlıq edib və deyib ki, bu addımın məqsədi sionist rejimi arxayın etməkdir.

Taif razılaşması 1989-cu ildə əldə edilib. Bu müqaviləyə görə prezident postu maronit xristianlara, baş nazir vəzifəsi sünnilərə, parlament sədrliyi isə şiələrə verilmişdir.

Əl-Əhd xəbər saytının məlumatına görə Muhəmməd Rad bildirib: “Bu çevrilişin hədəfi Livan xalqının sionist rejimin təcavüzü ilə qarşı-qarşıya qala bilməyəcəkləri barədə sionistləri əmin etmək və nəticədə bu rejimin öz normallaşdırma siyasətlərini rahat şəkildə həyata keçirə bilməsi üçün zəmin yaratmaqdır.”

O, əlavə edib ki, Livanın milli valyutası xarici valyutalardan asılı olduğu üçün öz dəyərini itirib. Həmçinin Beyrutun siyasətləri xarici siyasətdən asılı olduğu üçün iflasa uğrayıb.

Müqavimət hərəkatının Livan xalqının ləyaqətini qorumaq üçün qan tökdüyünü qeyd edən Livan nümayəndəsi əlavə edib ki, Hizbullah Livanın müstəqil olmasını və milli qərarların milli amallara və iradəyə əsaslanmasını istəyir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur