Livanlı nazir: İsrailin zülmü artdıqca, məhvi də bir o qədər yaxın olacaq

QafqazTimes xəbər verir ki, Livanın mədəniyyət naziri Məhəmməd Vəssam əl-Mürtəza Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqilənin Fələstində qətlinə reaksiya olaraq deyib: “Sionist rejim nə qədər çox zalım olsa, onun məhvi bir o qədər də yaxın və daha yaxın olacaqdır.”

Bu tvitlə yanaşı Livanın mədəniyyət naziri İran İslam Respublikasının mədəniyyət naziri Məhəmməd Mehdi İsmayıl ilə birgə Əbu Aqilənin qətlini pisləyən bəyanat yayıb. Bəyanatın bir hissəsində deyilir: “Şirin Əbu Aqilənin qətli azadlıq haqqını öldürməyəcək. Müqavimət işğalçıya qarşı təsirli vasitədir və Qüds müqavimətlə qalib gələcək.”

Qeyd edək ki, çərşənbə günü (11 may) İsrail əsgərləri İordan çayının qərb sahilində, Cenin qəsəbəsində Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqiləni 100-150 metr məsafədən atəşə tutaraq, onu jurnalist jiletində qətlə yetiriblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya