Livanın Əməl Hərəkatı: Dünya ictimaiyyəti Yəmən təcavüzlərini dayandırmalıdır

Livanın Əməl Hərəkatı: Dünya ictimaiyyəti Yəmən təcavüzlərini dayandırmalıdır

Livanın Əməl Hərəkatı ABŞ və İngiltərənin Yəmənə hücumlarına reaksiya olaraq bəyanat yayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əməl Hərəkatı bu gün (17 mart) bəyanat yayaraq elan edib: Amerikanın Fələstin xalqına dəstək etdiyi üçün Yəmənə qarşı təcavüzkarlığı açıq-aşkar cinayətdir.

Əməl Hərəkatı bu bəyanatda Yəmən xalqının bu müqavimətinin təqdirəlayiq olduğunu vurğulayaraq deyib: Biz bu cinayətləri pisləyir və beynəlxalq ictimaiyyətdən bu vandallığa tezliklə son qoymaq üçün ciddi tədbirlərin görülməsi və cinayətkarın cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, ABŞ sionist rejimə dəstək olaraq, son bir neçə saat ərzində 47-dən çox hava hücumu ilə Səna, Səada, Əl-Beyda, Həccə, Dhamar, Marib və Əl-Cəvf əyalətlərində bir neçə bölgəni hədəf alıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib