Livanda yeni İsrail casus şəbəkəsi kəşf edilib

QafqazTimes xəbər verir ki, xəbər mənbələri Livanda sionist rejimin Mossad casusluq xidməti üçün işləyən yeni bir casus şəbəkəsinin aşkar edilərək məhv edilməsindən xəbər veriblər.

Ən-Nəşrənin məlumatına görə, Livanın Daxili Təhlükəsizlik Qüvvələrinin kəşfiyyat şöbəsi Əl-Qaziyədə iki evə hücum edərək və sionist rejimlə əməkdaşlıqda ittiham olunan üç nəfəri həbs edərək, Livanda Mossad üçün yeni casus şəbəkəsini məhv etməyə nail olub. Bu casus şəbəkəsi iki kişi və bir qadından ibarət olub.

Xəbər mənbələrinə görə, təhlükəsizlik orqanının əldə etdiyi məlumatlar bu casusların Livan daxilindən Mossad-a məlumat ötürdüyünü və kiberməkanda şifrələnmiş mesajlar vasitəsilə Mossad üzvləri ilə əlaqə saxladığını göstərir.

Livanın baş hərbi prokuroru Livan Daxili Təhlükəsizlik Qüvvələrinin kəşfiyyat şöbəsinə qeyd edilən şəbəkədə başqa şəxslərin olub-olmadığını müəyyən etmək üçün təhqiqatı genişləndirməyi tapşırıb.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur