Livanda son vəziyyət… Cənubdakı qarşıdurmalarda sionist zabitin ölümü

Sionist rejimin Livanın müxtəlif bölgələrinə hücumları hələ də davam edir.
İslam müqavimətinin döyüşçüləri bu hücumlara cəsarətlə cavab verirlər.
Müqavimət ordusu raket zərbələri ilə işğal olunmuş ərazilərin dərinliyini hədəfə alırlar.

Əl-Aləm kanalının məlumatına görə, sionist döyüşçülər son hücumlarında Livanın cənubunun şərqindəki Əl-Xəyyam qəsəbəsini bombalayıblar.

Bu hücumlar Livandakı islami müqavimət döyüşçülərinin sionist düşmənin təcavüzünə cavab verdiyi bir vaxtdadır.
Onlar sionist düşmənin təcavüzlərinə cavab olaraq, raket hücumları ilə işğal altında olan müxtəlif əraziləri hədəfə alırlar.

Livan islami müqavimət döyüşçülərinin son sutka ərzində davamlı raket atışları nəticəsində,
İşğal olunmuş ərazilərin şimalında, Colanda və 40-dan çox sionist yaşayış məntəqəsində həyəcan təbili çalınıb.

Bu arada sionist işğal rejimi Livanın cənubundakı toqquşmalarda bir zabitinin ölümünü və bir əsgərinin ağır yaralanmasını etiraf edib.

Qafqaztimes

Alalam

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)