Livanda Əl-Əqsa şəhidləri batalyonunun komandirlərindən biri şəhid edildi – Video

Xəbər mənbələri sionist İsrail rejimin Livanın cənubunda bir avtomobilə hücumu nəticəsində Fəth hərəkatının Əl-Əqsa şəhidləri batalyonu komandirlərindən birinin öldürülməsini xəbər verib.

Qafqaztimes xəbər verir ki, Livanın təhlükəsizlik mənbəsi Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri Batalyonunun (Kətaib Şəhada Əl-Əqsa) komandirlərindən birinin şəhadətini elan edib.

Əl-Cəzirə Livanın təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, sionist rejim Livanın cənubundakı Səydə şəhərində avtomobilə hücum edərək bir fələstinli şəxsi qətlə yetirib.
Bu mənbə qeyd edib: Qətlə yetirilən şəxs Xəlil əl-Məqdə Fəth hərəkatının liderlərindən biri və Əl-Əqsa Şəhidləri Batalyonlarının komandiri Munir əl-Məqdənin qardaşıdır.

Livan mənbələri bu hücumda şəhid olanların sayının 3 nəfər olduğunu açıqlayıblar.

Alalam

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))