Qafqazinfo.com Visasam.ru-ya istinadən xəbər verir: Dünyanın müxtəlif ölkələrindən, xüsusilə Rusiyadan Livana mühacirət artır. Bəs Livanda mühacirləri cəzb edən nədir?
Livan 70-ci illərdə başlamış vətəndaş müharibəsinə qədərki kimi cazibədar olmasa da, bu gün də öz gözəllikləri ilə insanı cəzb edir. Dağ və dəniz sevənlər hökmən Livanı da sevir. Paytaxt Beyruta yuxarıdan baxanda düşünürsən ki, yaşamalı yerdir!
Livan Suriya və İsraillə əhatələnib. 4 milyon əhalinin 95 faizi livanlılardır. 4 faiz erməni, 1 faiz başqa xalqlar yer alır. Ölkədə ruslar çox gözə dəysə də onların sayı bilinmir. Ruslar Livana nə üçün gəlir? Onları Livandakı qiymətlər razı salır. Orta əməkhaqqı 1000 dollardır. Sadə fəhlə də Rusiya ilə müqayisədə normal yaşayır. Paytaxta bəyənlən kvartallarda 500 dollara ev kirayələmək olur. Kommunal xərclər 200 dollara qədərdir. Beyrutda evin kv metri 2 min dollara başa gəlir. 80 metrlik evi 160 min dollara almaq olar. Livanda kişilər üçün iş tapmaq daha çətindir. Rusiyalı qadınlar əyləncə biznesində rahat uş tapır. Amma onların əksəri cinsi xidmət də göstərir. Qanuni gecə klublarında rəqqasə peşəsi rus gənc rus qadınları daha çox cəzb edir. Livanda ərə gedən mühacirlər də kifayət qədərdir. Bəli, kimi sevgi dalıncadır, kimi pul. Livana pul xərcləməyə gələnlər də var.