“Livan xalqının seçkilərdə iştirakı onların torpaqlarına olan sədaqətidir”

“Livan xalqının seçkilərdə iştirakı onların torpaqlarına olan sədaqətidir”

Livan parlamentinin üzvü sionist rejimin ölkənin cənub bölgələrinə intensiv hücumlarına rəğmən, livanlıların bələdiyyə seçkilərində aktiv iştirakını onların vətən torpaqlarına olan sədaqəti kimi dəyərləndirib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həsən Fəzlullah bu gün (24 may) deyib: İsrailin hücumlarının kölgəsində seçki məntəqələrinə gedən Cənubi Livan xalqı seçkilərə qatılaraq “yaşamaq və qurmaq” iradəsini nümayiş etdirir. İndi hökumətin üzərinə torpaqların azad edilməsi, əsirlərin qaytarılması və dağıdılanların bərpası kimi böyük vəzifələr düşür.

Qeyd edək ki, Livan prezidenti Cozef Aud da Cənubi Livan və Nəbatiyyə əyalətlərində bu gün başlayan bələdiyyə və muxtar seçkilərinin dördüncü və sonuncu turunda xalqı seçkilərdə iştirak etməyə çağıraraq deyib: Şəhərinizi və gələcək nəsillərin Livanını qurmaq hər bir fərdin məsuliyyətidir. Vəzifə imtiyaz deyil, xalqınıza sədaqətlə xidmət etmək borcudur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib