Livan xalqı Fələstinə dayaqdır

Livan xalqı Fələstinə dayaqdır

Livanın müxtəlif şəhərlərində Fələstinə dəstək aksiyaları keçirilib.

İRNA-nın məlumatına əsasən, Livan xalqı bir neçə gündür Fələstinə dəstək aksiyalarının digər bir növündən istifadə etmək qərarına gəlib. Belə ki, insanlar evlərin eyvan və pəncərələrindən, küçə və xiyabanlarda Qəzzəyə dəstək şüarları yazılmış bayraqlar və plakatlar asıblar.

Ötən gün (19 sentyabr) Hizbullah baş katibi Seyid Həsən Nəsrullah da çıxış edərək sionist rejimin Qəzzəyə hücumları tam dayanmayana qədər Fələstin xalqına dəstək olacaqları barədə baş nazir Netanyahu və müharibə naziri Yoav Qalanta xəbərdarlıq etmişdi.

Xatırladaq ki, Əl Əqsa Tufanı əməliyyatı başladığı gündən dünyanın müqavimət qrupları və hərəkatları sionist rejimə təzyiq və Fələstin xalqına dəstək məqsədilə hərbi əməliyyatlar keçirir və müqavimətə dəstəklərini dayandırmırlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib