Livan sionist rejimin hərbi düşərgəsini hədəfə aldı

Livan sionist rejimin hərbi düşərgəsini hədəfə aldı

Livan Hizbullahı bəyanat yayaraq sionist rejimin bir hərbi düşərgəsini uğurla hədəfə aldığını elan edib.

İRNA-nın məlumatına əsasən, Livan Hizbullahı bu gün (28 iyun) bəyanat yayaraq elan edib: Qəzzə xalqı və Fələstin müqavimətinə dəstək məqsədilə bu gün səhər 9:30-da sionist rejimin Baraka Rişa kəşfiyyat düşərgəsini uyuğun silahla uğurla hədəfə aldıq.

Bəyanatda həmçinin bu uğurlu hücumun sionistlərə ağır zərbə olduğu vurğulanıb.

Əl Cəzirə müxbirinin məlumatına əsasən, Hizbullah Livan sərhədi yaxınlığındakı işğal olunmuş Əsbə Əl Cəlil məntəqəsində təhlükə siqnalları işə düşüb.

Qeyd edək ki, Əl Əqsa Tufanı əməliyyatından sonra Livan Hizbullahı, Yəmən Ənsarullah Hərəkatı və İraqın müqavimət dəstələri Qəzzə xalqına dəstək məqsədilə sionist rejim əleyhinə hərbi hücumlar həyata keçirirlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir