Livan sionist rejimin 4 düşərgəsini vurdu

Livan sionist rejimin 4 düşərgəsini vurdu

Livan Hizbullahı sionist rejimin 4 hərbi düşərgəsini hədəfə alması barədə bəyanat yayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahının bu gün (14 iyun) yaydığı bəyanatda deyilir: Bu gün müqavimət döyüşçulərimiz sionist işğalçıların 4 hərbi düşərgəsini vurdu.

Hizbullahın bir bəyanatında deyilir: Sionist rejimin Xolleverde düşərgəsində hərçilərin toplşadığı məkanı hədəfə aldıq.

İkinci bəyanatda deyilir: İşğal olunmuş torpaqlarda olan Kəfərpuşa yüksəkliklərində yerləşən Əl Rəsma  hərbi düşərgəsini raketlə vurduq.

Üçüncü bəyanatda Hizbullah elan edib: Qəzzə xalqına dəstək məqsədilə sionistlərin Əl Səmaqə hərbi düşərgəsini hədəf aldıq və müsbət nəticələr verdi.

Hizbullahın 4-cü bəyanatı Fələstin xalqına dəstək və müqavimət dəstələrinə arxa durmaq məqsədilə sionist rejimin Əl Məttələ hərbi düşərgəsinin münasib silahla hədəfə alındığı qeyd edilir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib