KİV-lər Livan Hizbullahının işğal olunmuş Fələstinin şimalında sionist qəsəbələrində kompozit hərbi əməliyyatlarından xəbər verir.
İRNA-nın məlumatına əsasən, bu gün (18 sentyabr) Keryat Şmuna qəsəbəsində böyük bir partlayış səsi eşidilib və təhlükə siqnalları işə düşdükdən sonra əhali qorxu içində sığınacaqlara yerləşdirilib. Bir neçə vasitədən ibarət hərbi əməliyyat nəticəsində Keryat Şmunada yanğınlar baş verib.
Bəzi media vasitələri Hizbullahın Keryat Şmunaya hücumlarını əks etdirən videolar yayımlayıb.
Digər bir məlumata görə, eyni zamanda Livan Hizbullahı işğal olunmuş Fələstin torpaqlarında hələ müharibə vəziyyətinə görə boşaldılmamış sionist qəsəbəsinə raket atıb.
Qeyd edək ki, ötən gün Beyrutun Zahiyə bölgəsində minlərlə rabitə qurğusu partladıldıqdan sonra bu gün də həmin məntəqədə peycerlər partladılıb.
“Hizbullah” buna görə İsraili ittiham edir.