Sionist rejim ordusu bu gün səhər tezdən (10 oktyabr) Livan sərhədində baş vermiş qarşıdurmada bir yüksək rütbəli zabitinin həlak olmasından xəbər verib..
Əl Aləm telekanalının məlumatına əsasən, sionist ordusunun mətbuat katibi Əl Cəlil qvardiyasının 300-cü briqadasının podpolkovniki Əlim Səədin Livan sərhədindən işğal olunmuş Fələstinə daxil olma cəhdləri əsnasında baş vermiş qarşıdurmada həlak olduğunu elan edib.
Məlumata görə ötən sutka ərzində bu, fələstinlilərin öldürdüyü ikinci sionist komandiridir.
Dünən axşam da Fələstin informasiya qaynaqları Tulkərəmin Eşkul məntəqəsində Əl Qəssam mübarizləri sionist ordusunun bir komandirini öldürmüşdü.
Şənbə günü Fələstin müqavimət qruplarının qarşıdurmasında Nahil qüvvələrinin komandiri həlak olmuşdu.
Digər tərəfdən, sionist eleviziyası Qulani qüvvələrinin onlarla yüksək rütbəli zabitinin öldürülməsindən xəbər vermişdi.