Livan: Qurana hörmətsizlik cinayətinə İsveç rəsmiləri şərikdir

Livan Hizbullahı bəyanat yayaraq İsveçdə islam müqəddəslərinə hörmətsizlik cinayətində İsveç rəsmilərinin də şərik olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bəyanatda Qurban bayramı ərəfəsində İsveçdə bir məscidin önündə Qurani Kərimin cırılaraq yandırılmasına verilən icazə kəskinliklə pislənir.

“Qurani-Kərimə qarşı hörmətsizlik qəsdən İslam dinini təhqir etmək və Allahın kitabı ilə düşmənçilik etmək deməkdir. Bu hərəkəti heç bir şəkildə göz ardı etmək olmaz və İsveç dövlətinin bu cinayəti törədənləri cəzalandırması zəruridir.

Qeyd edək ki, qurban bayramı ərəfəsində İsveç polisi Stokholmdakı məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

İsveç hökuməti bu təhqiramiz hərəkəti ifadə azadlığı ilə əsaslandırır və qərarı müdafiə edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib