Livan parlamenti: İsrail 52 dəfə atəşkəsi pozub

Livan parlamenti: İsrail 52 dəfə atəşkəsi pozub

Livan parlamentinin sədri sionist rejimin atəşkəs razılaşmasına əməl etməməsi və 52 dəfə atəşkəsi pozduğundan danışıb.

İRNA-nın məlumatına əsasən, Nəbih Berri bu gün (2 dekabr)  Əl Cumhuriyyə qəzeti ilə müsahibədə bu məsələyə etiraz edərək deyib: İsrail rejiminin atəşkəs pozuntusu 52 dəfədən də yuxarıdır. Onlar qəsdən razılaşmanın əleyhinə rəftar edir. Biz bu xüsusda beynəlxalq qurumlara müraciət etmişik. Bu, belə davam edə bilməz. Bunun qarşısı alınmalıdır.

Nəbih Berri həmçinin Fransa tərəfinin nəzarətçi qismində atəşkəs razılaşmasına qoşulmasına ümidvarlıqla deyib: Biz Fransanın təzyiqləri ilə də İsrailin atəşkəs razılaşmasının maddələrinə riayət edəcəyinə ümid edirik.

Qeyd edək ki, digər bir xəbərdə Livanın Səhiyyə Nazirliyi ölkə cənubunun Mərcəiyun bölgəsində sionist rejimin atəşkəs pozuntusu nəticəsində bir livanlının şəhid olduğundan xəbər verib.

Related posts

Ənsarullah lideri: FÖT işğalçı rejimin şərikidir

Cozef Aun Livanın yeni prezidenti seçildi

Livan parlamenti prezident seçkiləri barədə iclasa start verdi

1 şərh

truck weighbridge in Mosul Dekabr 5, 2024 - 8:38 axşam

BWER delivers robust, precision-engineered weighbridges to businesses across Iraq, combining state-of-the-art technology with local expertise to support infrastructure and logistics growth.

Add Comment