Livan Müqavimətinin sionist komandoslara hücumun təfərrüatı

Livan Müqavimətinin sionist komandoslara hücumun təfərrüatı

İnformasiya qaynaqları Livan müqavimətinin cənub bölgələrdən sionist komandoslar əleyhinə əməliyyatın təfərrüatını açıqlayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullah yetkilisi dünən gecə (2 oktyabr) Əl Məyadin telekanalı ilə müsahibədə deyib: Qüvvələrimiz dünən səhər saatlarında Əl Ədəsiyyə məntəqəsində kəşfiyyat nəzarətini təsdiqdikdən sonra düşmən qüvvələrinə planlaşdırdıqları əməliyyata başlamasına fürsət verdi. Sionist düşmən qüvvələti məmuriyyətlərini bitirdikdən sonra müqavimət qüvvələri pusqu mövqeyindən onların bir məkanda toplaşmasını gözlədilər. Nəhayət “Ləbbeyk Ya Nəsrullah” nidaları altında 30 nəfər komandosa uyğun və mümkün silahlarla hücum etdilər.

Xatırladaq ki, dünən Livan Hizbullahı dünən bu əməliyyatdan əlavə Livan ərazisindən ümumilikdə 100-dən çox mərmi atıb.
Məlumata görə, Qərbi Cəliliyyəyə təxminən 70 raket, Yuxarı Cəliliyyəyə isə 30 mərmi atılıb.
Bundan əlavə, sərhəddə yerləşən Avivim kəndi istiqamətinə də iki raket atışı baş verib.

Related posts

Livan Müqaviməti: İsrail komandoslarına pusqu hələ başlanğıcdır

Pezeşkian: Birləşməsək, Qəzzə və Livandan sonra növbə digər İslam ölkələrində olacaq

Pezeşkian: Millətimizin qüruru ilə bağlı heç kimlə zarafat etmirik!