Livan Hizbullahının baş katibi İsrailin bütün cəbhələrdə məğlubiyyətinə işarə edərək müqavimət dəstələrinin Qərb və ABŞ dəstəklərinə rəğmən qələbə çaldığını vurğulayıb.
İRNA-nın məlumatına əsasən, Şeyx Nəim Qasim bu gün (29 noyabr) deyib? Biz dəfələrlə müharibə istəmədiyimizi demişik. Bizim məqsədimiz Qəzzənin müdafiəsi və bizə qəbul etdirilən müharibənin qarşısında müdafiədir.
Livanın Əl Əhd internet portalı Şeyx Nəim Qasimin çıxışından sitat gətirərək yazır: Bu gün ilahi yardımlar sayəsində qələbəni qeyd edirik. 64 gün davam edən müharibə xalqımızı hərtərəfli təzyiqlərə düçar etsə də ruhdan salmadı. Düşmən sionist Hizbullahın məhvi və sionistlərin işğal olunmuş Fələstinin şimalına qaytarılması və yeni Yaxın Şərq yaratmağı qarşıya məqsəd qoysa da arzusu yenə də ürəyində qaldı.