Livan: İsraillə qaz razılaşması münasibətlərin normallaşması demək deyil

QafqazTimes xəbər verir ki, Livan parlamentinin sədr müavini və sionist rejimlə dəniz sərhədlərinin müəyyənləşdirilməsində amerikalı vasitəçi ilə Livanın danışıqlar qrupunun rəhbəri İlyas Busəb deyib: “Əldə olunan razılaşma Livanın qələbəsidir.”

O, Əl-Cəzirə telekanalına bildirib ki, danışıqlar son dərəcə çətin oldu və Livan komandası medianın təbliğatı və hədə-qorxularına əhəmiyyət vermədi.

Bu Səb bu razılaşmanın Livanın qələbəsi olduğunu, lakin bu, sionist rejimlə münasibətlərin normallaşması demək olmadığını vurğulayıb.

Livan parlamentinin sədr müavini əlavə edib: “Livanın maraqları qaz hasilatı üçün təhlükəsizliyin və sülhün qorunmasındadır və Bayden dəniz sərhədlərinin müəyyənləşdirilməsi razılaşmasına əməl ediləcəyinə zəmanət verib. Amma bu razılaşmanın ən böyük təminatı hər iki tərəfin iqtisadi maraqları və sabitlik və təhlükəsizlik ehtiyaclarıdır.”

Sionist rejimin baş naziri Yair Lapid isə bu gecə Livanla razılaşmanın bu rejimin qələbəsi olduğunu və Hizbullah ilə qarşıdurma riskini əhəmiyyətli dərəcədə azaldacağını iddia edib.

Ölkəsi danışıqlarda vasitəçi olan ABŞ prezidenti Co Bayden isə ötən gün deyib: “Bu gün Yaxın Şərqdə tarixi razılaşmanı elan etməkdən məmnunam. ABŞ-ın aylarla davam edən vasitəçiliyindən sonra Livan və İsrail hökumətləri dəniz sərhədi mübahisəsinə son qoymaq üçün rəsmi razılığa gəldilər.”

Qeyd edək ki, çərşənbə axşamı Livanın prezident aparatı Amerika vasitəçiliyinə sionist rejimlə dəniz sərhədlərinin müəyyənləşdirilməsinin yekun layihəsi ilə bağlı bəyanat dərc edərək bildirib ki, amerikalı vasitəçi Amos Hokşteyn tərəfindən cənubda dəniz sərhədlərinin demarkasiyasına dair razılaşma haqqında təqdim edilən rəsmi, yekun və dəyişdirilmiş variantı parlamentin sədr müavini İlyas Busəbdan təhvil alınıb və bu son variant Livanı qane edəcək, tələblərini yerinə yetirəcək və təbii sərvətlərə olan hüquqlarını bərpa edəcəkdir.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib