Livan: İsrailin cənubdan çıxması üçün 60 günlük müddəti uzatmayacağıq

Livanın müvəqqəti baş naziri ABŞ-ın ölkə işlərindəki nümayəndəsinə vurğulayıb: İsrailin davam edən təcavüzlərini nəzərə alaraq, 60 günlük atəşkəs müddətinin uzadılmasından danışılması son dərəcə qəbuledilməzdir.

Bazar ertəsi Livanın müvəqqəti baş naziri Nəcib Miqati ABŞ-ın Livan məsələləri üzrə nümayəndəsi Amos Hokşteynə bildirib ki, İsrailin Livanda atəşkəsi pozmasının, təhlükəsizlik yaratmasının, cənub şəhərlərinə davamlı hücumlar etməsinin, sistematik şəkildə evləri və obyektləri dağıtmasının və Livanın hava məkanının pozmasının qarşısını almaq lazımdır.

“İsrail rejiminin Livanda atəşkəsi pozmağa davam etdiyi bir vaxtda Təl-Əvivin 60 günlük müddəti uzatmaq niyyəti barədə danışmaq olduqca qəbuledilməzdir” deyə Miqati bildirib.

O əlavə edib: “Biz hadisələrin gedişatına nəzarəti atəşkəsi dəstəkləyən ölkələrin və onun icrasına nəzarət edən komitənin öhdəsinə buraxırıq”.

Miqati Hokşteyn ilə görüşdə, həmçinin, altmış günlük müddətin bitməsinə qədər sionist rejimin Livan torpaqlarından tamamilə çıxarılmasının başa çatdırılması üçün konkret vaxt müəyyən edilməsini tələb edib.

Bundan əvvəl Hizbullah ilə işğalçı rejim ordusu arasında atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib. Bu razılaşmaya əsasən, İsrail 60 gün ərzində Livanı tərk etməli və Livan ordusu qüvvələri sərhəddə yerləşdirilməlidir.

Qafqaztimes

Al-alam

Related posts

İraqlı alim: Amerika ilə Qasim Süleymani strategiyası ilə mübarizə aparaq

Barzani Türkiyədə kürd probleminin həllini müzakirə etmək üçün Türkiyəyə gedib.

Əraqçı: Müqavimət məktəbinin əsas silahı şəhid qanıdır və bu, düşmənlərimizin dərk etmədiyi bir şeydir